Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

Smolensk ətrafındakı qəzaya səbəb pilotun ehtiyat meydana düşməkdən imtina etməsi olub


Mərhum Polşa prezidenti Lex Kaçinski və Polşa nümayəndə heyətini aparan təyyarənin

Smolensk ətrafında qəzaya düşməsinə səbəb, heyətin ehtiyat aerodroma düşməkdən imtina eləməsi olub.

Belə qənaətə məsələni araşdırmış hökumətlərarası aviasiya komitəsinin ekspertləri gəlib.

Bundan başqa Tatyana Anodina bildirib ki, heyət üzvlərinin faktiki görünməyən hava şəraitində kifayət qədər yerə enmək təcrübəsi olmayıb.

İstintaqı başa çatdıran komitə qara qutular və digər sənədlərin əslini Polşa hökumətinə verir.

Ötən il aprelin 10-da Smolensk ətrafında baş veürmiş bu qəzada prezident Lex Kaçinski də daxil olmaqla 96 nəfər öldü.
XS
SM
MD
LG