Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 13:02

Azərbaycan üzrə həmməruzəçilər ölkəyə gələcək


AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Maltalı Joseph Debono Grech və İspaniyalı Pedro Agramun assambleyanın monitorinq proseduru çərçivəsində növbəti səfəri təşkilatın qış sessiyasının başa çatmasından sonra planlaşdırılır. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

AŞ PA-nın qış sessiyası yanvarın 24-28-də Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məsələ də daxil edilib. Həmməruzəçilərin sessiyada seçkilərin gedişi barədə məruzə ilə çıxış edəcəkləri gözlənilir.

2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv olan Azərbaycan ölkədə demokratik dəyərlərin, söz azadlığı və insan haqlarının təmin olunması ilə bağlı bir sıra öhdəliklər götürüb.
This item is part of
XS
SM
MD
LG