![](http://gdb.rferl.org/0485CCC1-6F5E-4E71-BD24-62781CAAD7F0_w250_s.jpg )
Bu barədə AzadlıqRadiosuna Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.
Vahid məktəbli forması yanvarın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunan mətbuat konfransında təqdim edilib.
Formanın seçim prosesində Valideyn-Müəllim Assosiasiyaları da iştirak edib.
![](http://gdb.rferl.org/A58D485A-9B28-4213-8396-8421A6801AE4_w250_s.jpg )
Zəminə Əliqızı bildirib ki, valideynlər formaları Bakı Tikiş Evinin təşkil etdiyi satış mərkəzlərindən əldə edə biləcəklər:
«Biz formaları nümayiş etdiririk, bu formaları kim tikəcək, necə satacaq, valideynlər sərbəstdir haradan istəyirlər ala bilərlər. Parça alıb özləri də tikə bilərlər».
Mətbuat konfransında iştirak edən Bakı Tikiş Evinin rəhbəri Fəzail Rəhimov bildirib ki, 1-4-cü siniflər üçün nəzərdə tutulan məktəbli formaları 40 manat, 5-6-cı sinif şagirdlərinin geyimləri 45 manat, 7-11-ci sinif şagirdlərinin geyim formaları isə 53 manata satılacaq.