Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Barak Obama Arizonaya gedir



ABŞ prezidenti Barak Obama çərşənbə günü ötən həftə faciə yaşanan Arizona ştatına gedəcək.

Arizonada silahlı şəxsin hücumu nəticəsində ABŞ konqresmeni Gabrielle Giffords da daxil olmaqla 14 nəfər yaralanıb, 6 adam ölüb.

Konqresmen başından güllələnib, vəziyyəti kritik olaraq qalır.

Barak Obama və xanımı Michelle Obama həlak olanların xatırəsinin anım mərasimində iştirak edəcəklər və qurbanların ailələri ilə görüşəcəklər.

Prezidentin nitq söyləyəcəyi gözlənir. Barak Obama hadisədən zərər çəkənlərin bəzilərinin ailəsi ilə artıq telefonla danışıb. Bu barədə Ağ Evin təmsilçisi Nick Shapiro xəbər verib.

Yanvarın 10-da məhkəmə 22 yaşlı Cered Li Lafnerə rəsmi ittiham irəli sürüb. Onu ölüm cəzası gözləyə bilər.
XS
SM
MD
LG