Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 15:45

İslam Partiyası təəssübkeşlərindən ikisi buraxılıb

Yanvarın 10-da saxlanmış dindarlardan iki nəfəri – Hövsan qəsəbə sakini Nurəddin Darəfərin və Bülbülə qəsəbə sakini Babək Həsənov buraxılıb. Onlar Suraxanı rayon məhkəməsi tərəfindən xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Bu haqda AzadlıqRadiosuna İslam Partiyası Baş Məclisinin üzvü Natiq Kərimov məlumat verib.

İki dindarın buraxılmasını Suraxanı rayon polis idarəsindən də təsdiqləyiblər.

Hazırda İslam Partiyasının sədri Mövsüm Səmədov də daxil olmaqla partiyanın 5 üzvü 10-13 sutkalıq həbs cəzası altında saxlanılır.

Natiq Kərimov bildirib ki, partiya funksionerləri Binəqədidəki müvəqqəti saxlama təcridxanasında saxlanılır. Partiya sədri Mövsüm Səmədovun harada saxlanması haqqında isə onlarda dəqiq məlumat yoxdur.
This item is part of
XS
SM
MD
LG