Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın Azərbaycana gəlir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 12-13-də baş tutacaq səfər zamanı Alkayın Azərbaycanın Baş Naziri Artur Rasi-zadə, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Səfərin əsas məqsədi ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi olacaq.