Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 22:38

Obama Arizonaya gedəcək


Yanvarın 11-də ABŞ prezidenti Barak Obama bir neçə gün əvvəl faciə yaşanan Arizona ştatına gedəcək. Yanvarın 8-də Arizonada silahlı şəxsin hücumu nəticəsində ABŞ konqresmeni Gabrielle Giffords da daxil olmaqla 14 nəfər yaralanıb, 6 adam ölüb.

Konqresmen başından güllələnib, vəziyyəti kritik olaraq qalır.

Yanvarın 10-da məhkəmə 22 yaşlı Cered Li Lafnerə rəsmi ittiham irəli sürüb. Onu ölüm cəzası gözləyə bilər.

Dünən Amerikada faciədə ölənlərin və yaralananların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
XS
SM
MD
LG