Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:58

2010-cu ilin ən yaxşı futbolçusu – Messi


Lionel Messi, Sürix, 10 yanvar 2010
Lionel Messi, Sürix, 10 yanvar 2010
Yanvarın 10-da Sürixdə keçirilən mərasimdə FİFA 2010-cu ildə “Qızıl Top” və başqa nominasiyalar üzrə qalibləri elan edib.

2010-cu ilin ən yaxşı futbolçusu argentinalı Lionel Messi elan edilib. O, artıq ikinci ildir ki, bu mükafata layiq görülür.

2010-cu il üçün kişilər arasında dünyanın rəmzi yığma komandasını FİFA bu cür görür:

Kasilyas (İspaniya),
Maykon, Lusi (hər ikisi Braziliya),
Pike, Puykon (hər ikisi İspaniya),
Sneyder (Hollandiya),
Şavi, İniesta (hər ikisi İspaniya),
Messi (Argentina),
Vilya (İspaniya),
Ronaldo (Portuqaliya).

Qadınlar arasında ilin ən yaxşı məşqçisi Almaniya yığmasının baş məşqçisi Silviya Neyd seçilib. Kişilər arasında isə ən yaxşı məşqçi İspaniyanın Real Madrid klubunun məşqçisi Joze Maurino müəyyən edilib.

Türkiyəli Hamit Altıntop ilin ən gözəl qolu – “Puşkaş mükafatı”na layiq görülüb. O, Türkiyə millisinin Qazaxıstanla oyunda vurduğu qola görə bu mükafatı alıb.



Qadınlar arasında ilin ən yaxşı futbolçusu braziliyalı Marta olub. Bununla da o, rekord vurub. Marta 2006-cı ildən bu yana həmin nominasiyada hər il dalbadal qalib elan edilir.

Bunlar FİFA-nın elan etdikləridir. Siz dünyanın rəmzi yığma komandasını necə görürsünüz?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG