Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Sabiq müsavatçılar ABŞ səfirliyində olublar


Sabiq müsavatçılar Sülhəddin Əkbər, Adil Qeybulla və Qabil Hüseynli yanvarın 10-da ABŞ səfirliyində olublar. Hər üç şəxs ayrı-ayrılıqda səfirliyin siyasi məsələlər üzrə müşavirləri Briget Buçet və Ceyni Smitlə görüşüb.

Sülhəddin Əkbərin AzadlıqRadiosuna verdiyi məlumata görə, görüş təşəbbüsü səfirlikdən gəlib.

“Görüşdə parlament seçkisindən sonra Azərbaycandakı mövcud vəziyyət, müxalifətdaxili münasibətlər, Müsavat Partiyasında yaranmış durum, bu partiyadan istefamın səbəbləri və bundan sonrakı planlar müzakirə olunub”.

Sülhəddin Əkbər hesab edir ki, belə bir görüşün olması Amerikanın Azərbaycandakı siyasi proseslərə diqqətinin artmasından xəbər verir. Sabiq müsavatçı səfirlikdə iki siyasi müşavirin olmasının da diqqətçəkən olduğunu deyir:

“İndiyə qədər bir siyasi müşavir var idi. Mənə elə gəlir ki, bununla da Azərbaycandakı proseslərə daha dərindən, daha detallı diqqət yetirməyə başlayıblar. Görünür, yeni səfirin gəlişi ilə bağlı səfirlik ölkədəki siyasi vəziyyəti öyrənir.Və təbii ki, burda da Müsavat Partiyasına, onun inkişaf perspektivinə diqqət göz önündədir”.

Sabiq müsavatçılarla görüş ayrı-ayrılıqda keçirilib.

ABŞ səfirliyindən AzadlıqRadiosuna görüşün keçirildiyini təsdiqləyiblər. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, bu ayrı-ayrı şəxslərlə mütəmadi keçirilən görüşlərdəbn biridir.
XS
SM
MD
LG