Kənan HACI
Bütün bu olaylar məni içdən üzür, taqətdən salır, əl-qolumu yazı-pozudan soyudur.
Yeni il axşamı bir kimsədən zəng gözləmədiyim halda dəyərli yazıçı Rafiq Tağı zəng vurub yeni kitabımı təbrik etdi. Sevincdən yanıq düşmüş mən biçarə bu zəngə də şükür eləmişdim.
Sonra məlum olacaq ki, mənim kitabımın “Ən yeni ədəbiyyat” seriyasından çıxması bəzilərini əməlli-başlı qıcıqlandırıb. Şahbaz bəy də, Rasim bəy də sıcaq münasibətdə olduğum, hər biri ədəbiyyat üçün çox işlər görmüş adamlardır.
Onları birləşdirən dəyərlər ayıran nəsnələrdən qat-qat çoxdur və kimlərsə bu anlaşılmazlıqdan istifadə edib “ən yeni ədəbiyyat” layihəsinin guya iflasa uğraması haqda cəfəng fikirlər səsləndirməklə ədəbi prosesi hərəkətə gətirmiş bu projeni gözdən salmaq niyyəti güdürlər.
Münaqişənin kökündə Şahbaz Xuduoğlunun Milli Kitab Müsabiqəsində münsif qismində iştirakı və AYO-çuların bu müsabiqəni boykot etməsi dayanır.
Bu yaxınlarda Vüqar Qurdqanlı yazılarından birində ortaya haqlı bir sual qoymuşdu və nədənsə Rasim Qaraca o sualı cavablandırmadı. Milli Kitab müsabiqəsinə etiraz edən Rasim bəy hakimiyyətin əlinə oynayan Azay Quliyevdən qrant alıb sayt açır. Bax, bu ziddiyəti heç cür anlamaq olmur.
Azərbaycanda kitab oxuyanların sayı çox azdır. Bunu dəfələrlə yazmışıq, yenə də yazırıq, amma kitab piarının qarşısını alan da elə biz yazarlarıq. Deyək ki, MKM hakimiyyətin ədəbiyyatı inhisara alması məqsədi daşıyır, bəs “Ən yeni ədəbiyyat” layihəsini qaralamağın adı nədir?
Axı niyə görülən hər işə bir əmma qoyuruq? Rasim Qaracanın məlum yazısı Azadlıq radiosunun “Oxu zalı”nda yayımlanıb və Elmir adlı bir şəxs şərh yerində belə bir cümlə yazıb: “Şahbaz bəy AYO-çulardan MKM-i boykot etdikləri üçün qisas alır. Seymur Baycanı çap etməkdən imtina edir.
Gör “ən yeni ədəbiyyat” adıyla kimləri çap edir: Xalid Kazımlı, Sevinc Çılğın, Kənan Hacılı. Şahbaz bəy demək istəyir ki, mən kimi istəsəm yazıçı edə bilərəm.”
Hə, bax, bu yerdə xoruzun quyruğu görünür. Elmir kimdirsə, bilmirəm, ancaq təxminən hansı cinahdan olduğu bəllidir. Bu adam adımı belə düz yazmayıb.
Ona məsləhət görərdim ki, adlarını çəkdiyi şəxslərin kitablarını oxusun, sonra kiməsə yazıçılıq dərsi keçsin. Təki siz yazıçı ola biləsiniz, bəy. Vallah, sevinərəm.
O ki, qaldı Seymur Baycana, bu həmin şəxsdir ki, mənim Əlisəmid Kür haqqında yazdığım yazını olduğu kimi romanına köçürmüşdü. Bununla belə, mən bu plagiatlığı normal qarşıladım.
Onu istedadına bağışladım. Seymur çox istedadlı publisistdir. Tam səmimiyyətimlə deyirəm, mən razı olardım ki, mənim kitabımın əvəzinə onun romanı çıxaydı.
www.abzas.net