Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Yanacaqdoldurma məntəqəsinə basqın edənlər hərbçilər olub


Azərbaycan Müdafiə Nazirliyi hərbçilərin Ağstafa rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 10-da gecə saat 03.00 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə N saylı hərbi hissənin kiçik çavuşu Sahib Əsgərov, əsgərlər Sənan Mehdiyev və Ulduz Ağayev silahlı hücum edib.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi dərhal araşdırmaya başlayıb, təqsirkarlar müəyyən edilərək həbs olunublar.

Hadisə yanvarın 10-da gecə saatlarında Ağstafa rayonunun Qırılı kəndi ərazisində, Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Hərbçilər məntəqəyə gələrək orada operator işləyən, 33 yaşlı Məmməd Məmmədova avtomat silahdan atəş açıblar. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG