Eynulla Fətullayevə çatacaq təzminat onun bank hesabına köçürülüb. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Avropa Məhkəməsinin çıxardığı qərara əsasən Fətullayevlə veriləcək təzminatı ala bilməyən jurnalistin atası Emin Fətullayev ombusman Elmira Süleymanovaya müraciət edib.
Müvəkkilin araşdırmalarından aydın olub ki, 2010-cu il dekabrın 22-də təzminat Eynulla Fətullayevin işində göstərilən Beynəlxalq Bankdakı hesabına köçürülüb.
Jurnalistin atası Emin Fətullayev isə təzminatın həbsdə olan adamın hesabına köçürülməsinə etiraz edir. O bildirir ki, əgər pulu oğlunun hesabına köçürəcəkdilərsə, onda niyə ona öz adına əlavə hesab açdırırdılar:
“Mənə deyilib ki, get öz adına Beynəlxalq Bankda hesab aç, bir də Eynulladan etibarnamə götür. Mən də bu deyilənləri eləmişəm. Hər gün gedirəm, ancaq hesabda pul yoxdur. Bu tərəfdən də Eynullanın həbs olunmazdan əvvəlki hesabına pul köçürülür. Həbsdə olan adam indi o pulu necə götürməlidir?”.
Beynəlxalq Bankda isə narahatçılığa əsas görmürlər. Bankdan AzadlıqRadiosuna deyiblər ki, jurnalistin yaxınları etibarnamə əsasında həmin pulu götürə bilərlər.
2010-cu il aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin işi üzrə qərar verib. Qərara əsasən, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat, 2800 avroya yaxın isə məhkəmə xərclərinə görə pul ödəməlidir.