Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:11

Fələstinin müstəqilliyini Çili də tanıdı


Çili Fələstinin müstəqilliyini tanıyan növbəti Latın Amerikası ölkəsi oldu.

Bunu çümə günü Çilinin xarici işlər naziri Alfredo Moreno bəyan edib.

Bundan əvvəl Fələstinin müstəqilliyini Venesuela, Braziliya, Argentina, Biliviya və Ekvador da tanıyıb.

Ümumiyyətlə son 20 ildə 100-ə yaxın ölkə Fələstinin müstəqilliyinin tanınmasını təklif edib.

Amma İsraillə Birləşmiş Ştatlar bu addımı pisləyir və bildirirlər ki, bu məsələ İsraillə Fələstin arasında danışıqlar yoluyla həll olunmalıdır.
XS
SM
MD
LG