Avtovağzal yaxınlığına məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Polislər onların əşyalarını çıxardıb. Daha sonra evlərin sökülməsi nəzərdə tutulub.
Bu ərazidə “Avtovağzal” metro stansiyasının inşa ediləcək, 8 ailənin evi plana düşüb.
Ancaq məcburi köçkünlər evlərindən çıxmaq istəmirlər. “Konteyner” adlanan əraziyə, vaqonlara köçürülmələrinə etiraz edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri ərazidə olub. Rəsmilər 1 il ərzində məcburi köçkünlərə evlərin tikilib təhvil veriləcəyini, vaqonların müvəqqəti olduğunu bildiriblər.
Ancaq sakinlər 2 ildir evlərin söküləcəyi barədə məlumatların olduğunu, bu müddət ərzində heç bir tədbir görülmədiyindən narahatdırlar.