Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:20

Barrosonun Azərbaycana səfər proqramı açıqlanıb

Avropa Komissiyasının prezidenti Jose Manuel Barrosonun Azərbaycana səfər proqramı açıqlanıb.

O, yanvarın 13-də Türkmənistana səfərindən sonra Bakıya gələcək.

Yanvarın 14-də Jose Manuel Barroso prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Səfər zamanı Azərbaycanla Avropa Birliyi arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən “Cənub dəhlizi” və “Nabucco” layihələri müzakirə olunacaq.

Avropa Komissiyası prezidentini səfərdə Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Oettinger müşayiət edəcək.
This item is part of
XS
SM
MD
LG