Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:19

Mətbuat Şurası jurnalist məktəbi açacaq


Əflatun Amaşov
Əflatun Amaşov
Azərbaycanda jurnalistlər üçün ixtisasartırma institutu yaradılacaq. Bu barədə Trend-ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

"Azərbaycan jurnalistikasındakı problemlərin həllinə kompleks şəkildə yanaşmaq lazımdır. Bura jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması və peşəkarlığının artırılması ilə bağlı məsələlər daxildir. 2011-ci il üçün prioritet məsələlərdən biri jurnalistlər üçün ixtisasartırma institunun yaradılmasıdır", - Amaşov əlavə edib.

O, deyib ki, ölkənin tanınmış jurnalistləri və xarici ekspertlər həmin institutda gənc jurnalistlərlə öz təcrübələrini paylaşa bilərlər.

"Hazırda belə institutun yaradılması üzərində işləyirik" - MŞ sədri qeyd edib.

Amaşov bildirib ki, Mətbuat Şurasının yeni binasının açılışında Prezident İlham Əliyev də iştirak edib və o zaman qeyd olunan məsələ qaldırılıb, dövlət başçısı təklifi müsbət qarşılayıb.

MŞ sədri deyib ki, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması iki istiqamətdə aparılacaq.

"Birinci istiqamət ixtisasartırma institutunun yaradılması, ikincisi xarici ölkələrin ali məktəblərində gənclərimizin jurnalistika təhsili almasıdır. İnstitutun yaradılması öncə dövlət hesabına olacaq və tədricən özünümaliyyəşdirməyə keçəcək. İnstitut mütəmadi fəaliyyət göstərən məktəb olacaq", - Amaşov qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG