Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 03:56

Klinton Lukaşenkonu repressiyalara son qoymağa çağırıb

ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonda Belarusdan olan hüquq müdafiəçiləri ilə görüşüb. Görüşdə Belarusda keçirilmiş prezident seçkilərindən sonra hakimiyyətin müxalifətə olan hücumları müzakirə olunub.

Hillari Klinton bir daha prezident Aleksandr Lukaşenkonu müxalifətə, mətbuata və vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoymağa çağırıb.

Bundan əvvəl ABŞ və Avropa Birliyi həbsdə olan müxalifətçiləri dərhal azad etməyə çağırmışdı.
This item is part of
XS
SM
MD
LG