Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 05:36

Aygün Kazımova və Miri Yusif neft haqqında oxudular


Azərbaycan pop musiqisində məhəbbət mövzusu üstünlük təşkil edir. Ölkənin müasir musiqi tarixi istər sevgi hissləri haqda lirik, istərsə də dövlət başçılarına olan məhəbbəti tərənnüm edən siyasi mahnılarla zəngindir.

Bu günlərdə istehsal edilən «Petrol» video-klipi də məhəbbətdən bəhs edir. Amma Aygün Kazımova və Miri Yusif dueti burada neftə və yanacağa olan sevgidən oxuyurlar.

Petrol, mühərrikimə güc ver,
Mənim ölkəmin artır sürəti,

...

«Azpetrol»un dəbdəbəli yanacaqdoldurma stansiyalarının birində çəkilən video ilk baxışdan həmin şirkətin reklamına bənzəyir. Əslində isə videonun mesajı çox sadədir - Azərbaycan neft ölkəsidir və sürətlə inkişaf edir. Janr nə qədər yeni görünsə də, sovet dövrünün məşhur əmək mahnılarının müasir variantı təəssüratı bağışlayır.

Hər halda özünüz baxıb qiymət versəniz daha yaxşı olar.



MAHNININ SÖZLƏRİ İLƏ BURADA TANIŞ OLA BİLƏRSİZ

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG