Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 14:11

Bakı metrosunda hərəkət müvəqqəti ləngiyib

Bu gün saat 18.30 radələrində Bakı metrosunun “Azadlıq prospekti” – “Həzi Aslanov” xəttində qatarların hərəkəti ləngiyib.

Bakı Metropolitenindən APA-ya verilən məlumata görə, “Azadlıq prospekti” stansiyasında qatarlardan birində nasazlıq aşkar edilib və ləngiməyə səbəb də bu olub.

Həmin qatar “Memar Əcəmi” stansiyasındakı ehtiyat yola göndərildikdən sonra hərəkət bərpa edilib.

Metropolitendən verilən məlumata görə, ləngimə 5-10 dəqiqə olub.
This item is part of
XS
SM
MD
LG