Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Misir prezidenti İsraili fələstinlilərlə sülhə getməyə çağırıb


Misir prezidenti Hüsni Mübarək İsraili fələstinlilərlə sülhə getmək üçün yəhudi qəsəbələrinin genişləndirilməsi məsələsinə yenidən baxmağa çağırıb.

Mübarək yanvarın 6-da Misirin Şarm aş Şeyx şəhərində İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.

Avropa Birliyinin xarici siyasət məsələsi üzrə ali nümayəndəsi Ketrin Eşton isə elə həmin gün
Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Danışıqlar zamanı İsrail-Fələstin danışıqlarının bərpasının mümkünlüyü müzakirə olunub.
İsrailin işğal altında olan ərazilərdə tikinti işlərini davam etdirmək qərarı danışıqları əngəlləyib.
XS
SM
MD
LG