Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:42

Vergilər Nazirliyinin müfəttişi niyə işdən azad olundu?


Vergilər Nazirliyinin müfəttişi “Əli və Nino” kitab mağazalarında yol verdiyi qanunsuz hərəkətlərə görə işdən qovulub.

Bu barədə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumatda deyilir ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin əməkdaşı Ramil Nəsirlinin “Əli və Nino” kitab mağazalarında yoxlama apararkən pərakəndə ticarət obyektinin qanuni fəaliyyətinə müdaxilə etdiyi, obyektin normal sahibkarlıq fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərini aşdığı, bununla da vergi orqanının adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyi təsdiqini tapıb.

Nazirliyin məlumatına görə, “Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli Vergi Auditi Departamentinin əməkdaşının qanunsuz hərəkətləri barədə 25 dekabr 2010-cu il tarixində onlara müraciət edib. Müraciət Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində araşdırılıb və Ramil Nəsirlinin kitab mağazalarında vergi orqanının adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyi təsdiqini tapıb.

“Bu hərəkətlərin “Vergi işçisinin etik davranış kodeksi” ilə bir araya sığmadığı nəzərə alınaraq, vergilər naziri Fazil Məmmədovun əmri ilə R.Nəsirlinin vergi orqanlarında xidmətinə xitam verilib” deyə məlumatda qeyd olunur.
XS
SM
MD
LG