Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 13:59

Qəbələ RLS-dəki qətli araşdırmaq üçün Rusiyadan istintaq qrupu gəlir


Qəbələ Radiolokasiya Stansiyasında (RLS) rusiyalı zabitin qətlə yetirilməsi ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Bu barədə APA-ya Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov məlumat verib. O qeyd edib ki, cinayət işinin istintaqı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılır.

Ş. İmranov istintaq sirri olduğundan qətlin təfərrüatları barədə əlavə açıqlama verməyib.

Ş. İmranovun rəhbərliyi ilə Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşları hazırda Qəbələ rayonundadırlar. Hadisənin araşdırılması üçün Rusiyadan da hüquq-mühafizə orqanları əməkdaşlarının Qəbələyə gəlməsi gözlənilir.

Hadisə yanvarın 2-də qeydə alınıb. Qəbələ RLS-də xidmət edən rusiyalı zabit, 47 yaşlı mayor Sergey Mixayloviç Qraçov hərbçi yoldaşı tərəfindən qətlə yetirilib. Qətli törədən şəxsin saxlandığı bildirilsə də, onun adı açıqlanmır. Bəzi məlumatlara görə, qətlin motivi qarətdir.
XS
SM
MD
LG