Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:04

İranda daha bir amerikalı qadın həbs olunub


İranın dövlət qəzeti yazıb ki, amerikalı qadın casus ittihamı ilə həbs olunub.

"Gündəlik İran" qəzeti xəbər verir ki, 55 yaşlı qadın Ermənistandan vizasız İrana keçən zaman həbs olunub və axtarış zamanı üstündən casus avadanlığı tapılıb. Hakimiyyət orqanları qadının həbsini təsdiqləmirlər.

2009-cu ildə İranda üç nəfər amerikalı da casusluq ittihamı ilə həbs olunmuşdu.

Onlar həm də sərhəddi qanunsuz keçməkdə günahlandırılırdılar. Məhbuslardan biri ötən ilin sentyabrında girov nəticəsində sərbəst buraxılıb.

Qalan iki nəfəri isə yaxın aylarda məhkəməyə çıxarılacağı gözlənir.
XS
SM
MD
LG