Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Ötən il manat bahalaşıb



Ötən il manat dollara nisbətən 0,7% bahalaşıb. İlin əvvəlində 1 ABŞ dolları 80,29 qəpik olduğu halda dekabrın sonuna 79,77 qəpiyə düşüb.

2010-cu ildə dolların manata nisbətən ən yüksək həddi (80,39 qəpik) iyul ayında qeydə alınıb. İlin ikinci yarısından başlayaraq dollar ucuzlaşıb.

İqtisadi xəbərlər yönümlü sei.az saytı xəbər verir ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin dövriyyəyə 600 milyard məbləğində əlavə pul buraxması qərarı nəticəsində dollar mövqeyini itirməyə başlayıb.

Ancaq bu ucuzlaşma Azərbaycanda kəskin hal almayıb. ABŞ valyutası ölkədə cəmisi 0,5 qəpik ucuzlaşıb.

Manat avroya nisbətdə də bahalaşıb. O cümlədən manat Britaniya funt sterlinqinə nisbətdə 4% bahalaşıb.

Rus rublunun manata nəzərən məzənnəsi isə 2010-cu ildə demək olar ki, sabit qalıb.
XS
SM
MD
LG