Respublikaçılar Partiyasından Con Boehner nümayəndələr palatasının sədri seçilib.
Ötən ilin noyabrında keçirilmiş seçkilərdən sonra nümayəndələr palatasında çoxluq respublikaçılara keçib.
Ohio ştatından seçilən Con Boehner çərşənbə günü işə başlayan Konqresin 112-ci iclasında Nümayəndələr Palatasının üzvü kimi and içib.
O çıxışında bildirib ki, artıq respublikaçılar seçki kampaniyasında vəd verdiyi kimi vergilərin azaldılmasına, hökumətin ixtisarına və iş yerlərinin çoxalması üçün vəziyyətin yaxşılaşmasına çalışmalıdırlar.
Spiker kimi Boehner vitse-prezident Joe Bidenin vəzifəsini icra etməsi ilə bağlı hər hansı problem yaranarsa, onu əvəz edə biləcək ikinci şəxsdir.