
Yanvarın 5-də Oslo-İstanbul reysi ilə uçan təyyarəni bir nəfər ələ keçirməyə cəhd göstərib, sərnişinlər isə onu zərərsizləşdiriblər.
Yerə enməyə 50 dəqiqə qalanda sərnişinlərdən biri ayağa qalxaraq tələb edib ki, təyyarə geri, Osloya dönsün. O, üstündə bomba olduğunu və əks təqdirdə əlindəki mobil telefonla onu partaladacığıni deyib.
«Türk Hava Yolları» şirkətinə məxsus təyyarə Türkiyədə sağ-salamat yerə enib. Bir neçə dəqiqədən sonra sərnişinlər təyyarəni tərk ediblər.
Yaralanan olmayıb.
Bomba hədəsi gələn şəxs həbs olunub. Onun istifadə etmək istədiyi bomba isə saxta olub.
Məlumatda deyilir ki, o, pilot kabinəsinə daxil olmağa cəhd göstərəndə sərnişinlər həmin şəxsi zərərsizləşdiriblər.
Hərəkətin motivi haqda xəbər verilmir.