Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:52

Oslo-İstanbul reysi ilə uçan təyyarəni ələ keçirməyə cəhd


Yanvarın 5-də Oslo-İstanbul reysi ilə uçan təyyarəni bir nəfər ələ keçirməyə cəhd göstərib. sərnişinlər isə onu zərərsizləşdiriblər.

Təyyarədə əlində bomba tutan bir şəxs təyyarənin istqamətini dəyişdirmək istəyirmiş.

“Türk Hava Yolları” şirkətinə məxsus təyyarə Türkiyədə sağ-salamat yerə enib.

Yaralanan olmayıb.

Ozünü türk adlandıran təyyarəni qaçırmağa cəhd ed\n şəxs həbs olunub.

Onun istifadə etmək istədiyi bomba isə saxta oluib


Şahidlər deyirlər ki, şəxs maska geyinib və təyyarəni Osloya döndərməyi əmr edib və bildirib ki, əks təqdirdə təyyarəni partladacaq.

Məlumatda deyilir ki, o, pilot kabinəsinə daxil olmağa cəhd göstərəndə sərnişinlər həmin şəxsi zərərsizləşdiriblər.

Hərəkətin motivi hələlik bəlli deyil.
XS
SM
MD
LG