Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

«Everton» rəsmiləri Bakıya gəlir


Yanvarın 6-da İngiltərənin “Everton” futbol klubunun nümayəndələrinin Bakıya gələcəkləri gözlənilir. ANS PRESS-in “Neftçi” futbol klubuna istinadən verdiyi məlumata görə, “Everton”un beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrisonun başçılıq etdiyi nümayəndə heyəti axşam saatlarında paytaxtımıza gələcək.

Sabah isə İngiltərə klubunun rəsmiləri "Neftçi" futbol klubunun rəhbərliyi ilə görüşəcək. İngiltərə klubunun nümayəndələrinin səfəri "Neftçi"nin futbolçusu Araz Abdullayevin “Everton”a keçidi ilə bağlıdır.

“Everton” İngiltərə Premyer Liqası çərçivəsində son oyununu yanvarın 5-də öz meydanında “Tottenhem” klubuna qarşı keçirib. Görüş 2:1 hesabı ilə “Everton”un xeyrinə başa çatıb.
XS
SM
MD
LG