Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:14

E.Fətullayev hələ də ona verilməli olan kompensasyanı almayıb


Azərbaycan hakimiyyəti hələ də Avropa məhkəməsinin qərarı ilə həbsdə olan jurnalist Eynulla
Fətullayevin ailəsinə verməli olduğu kompensasiyanı ödəməyib.

Bunu Turan agentliyinə jurnalistin atası Emin Fətullayev deyib.

Emin Fətullayev buna görə, Səbail rayon məhkəməsinə müraciət edib və bu həftə məhkəmənin tarixi müəyyən edilməlidir.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi ötən ilin aprelində jurnalistin dərhal azad edilməsi və ona 25 min avro və əlavə olaraq məhkəmə xərclərinə görə 2800 avro kompensasiya ödənilməsi barədə qərar qəbul edib.

Ötən ilin oktyabrda Böyük Palata Azərbaycan hökumətinin şikayətini təmin etməyib və bu qərarını qüvvədə saxlayıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına əsasən kompensasiya 3 ay ərzində ödənilməlidir.

Azərbaycanın Ali Məhkəməsi noyabrın 11-də 2007-ci ildə Eynulla Fətullayevə kəsilmiş 8 il yarım həbs cəzasını ləğv etsə də 2010-cu ilin iyulunda jurnalistə həbsxanada narkotik saxlamaq itihamı ilə daha 2 il yarım iş kəsilib və hazırda Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılır.
XS
SM
MD
LG