Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Qubernatorun dəfninə 3 minə yaxın adam yığışıb


Pakistanın Lohar şəhərində Pəncab əyalətinin qubernatoru Salman Tasirin dəfninə 3 minə yaxın adam yığışıb.

Onu şərşənbə axşamı İslamabadda öz cangüdənlərindən biri öldürüb.

Qubernatorun evində keçirilən dəfn mırasimində baş nazir Yusiif Rza Gilani və bir neçə dövlət rəsmisi iştirak edib.

Əyalətdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hakim partiyanın üzvü və prezident Asif Əli Zərdarinin yaxın köməkçilərindən biri olan Salman Tasir islamı təhqirə görə ölüm hökmünün qəti əlehdarlarından biriydi.

Baş nazir Yusif Rza Gilani əhalini sakitliyə çağırıb.
XS
SM
MD
LG