Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 20:31

Gəncədə YAP-a qoşulanların çoxu gənclərdir


2010-cu ildə YAP Gəncə şəhər təşkilatına 1000 nəfərə qədər yeni üzv qəbul olunub. Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, yeni üzvlərin 70 faizini gənclər təşkil edir. Bu barədə YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov məlumat verib.

İ.İsmayılov bildirib ki, hazırda təşkilatın 24 min nəfər üzvü var. Onlar ümumilikdə 251 ərazi ilk partiya təşkilatında birləşiblər. Onun sözlərinə görə, 2010-cu il ərzində həm partiyanın siyasi bazasının genişlənməsi, say tərkibinin artırılması və ideoloji-təşkilati işlərin daha da gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.

İ.İsmayılov onu da qeyd edib ki, son parlament seçkilərində də YAP Gəncə şəhər təşkilatı ciddi şəkildə fəaliyyət göstərib. Gəncə şəhəri üzrə 4 seçki dairəsinin fəaliyyət göstərdiyini deyən təşkilat sədri xatırladıb ki, 3 dairə üzrə YAP-ın namizədləri qələbə qazanıblar.

Şərhlər (10)

Bu forum dayandırılıb
XS
SM
MD
LG