Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 09:11

Konqresinin yeni tərkibdə ilk iclası keçiriləcək

Yanvarın 5-də ABŞ Konqresinin yeni tərkibdə ilk iclası keçiriləcək.

Noyabr ayında keçirilən seçkinin nəticəsinə görə, Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu ələ keçirib. Demokratlar isə Senatda üstünlükdədirlər.

Gözlənilir ki, Nümayəndələr Palatasının yeni spikeri respublikaçı Con Beyner seçiləcək.

O artıq vəd edib ki, palatanın yanvarın 12-də keçiriləcək iclasa səhiyyə islahatları haqda qanunun ləğv edilməsi məsələsi müzakirəyə çıxarılacaq. Bu layihə ötən il prezident Baraka Obamanın təşəbbüsü ilə qəbul olunub.

This item is part of
XS
SM
MD
LG