Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:43

Bu ildən işçisini sığortalamayan təşkilatlar cərimə olunacaqlar


Yanvardan Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar işçilərini «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığortalamadığı təqdirdə 1500 manat məbləğində cərimə olunacaqlar.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib.

İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır.

Tətbiq olunacaq cərimələr hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və xarici dövlətin hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək.

Qanunun icrasına nəzarəti Dövlət Əmək Müfəttişliyi, zonal Tibbi Sosial Ekspert Komissiyaları və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti həyata keçirəcək.
XS
SM
MD
LG