Keçid linkləri

2026, 13 İyul, bazar ertəsi, Bakı vaxtı 08:11

Həkimlərin attestasiyası başladı

Yanvarın 5-dən Bakıda həkimlərin attestasiyasına başlanır. Yeni ilin ilk iş günü ginekoloqlar və terapevtlərin biliyi yoxlanılır.

Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə keçirəcəyi test imtahanları hər ay müxtəlif ixtisaslar üzrə olmaqla ilin sonunadək davam edəcək. 28 dekabr 2011-ci il tarixdə isə gigiyena və plastik cərrahiyyə ixtisasları üzrə keçiriləcək imtahanla həkimlərin sertifikasiyasına yekun vurulacaq.

Səhiyyə Nazirliyi həkimlərə kömək məqsədilə test imtahanlarından əvvəl tibb işçiləri üçün sınaq imtahanları da təşkil edir.
This item is part of
XS
SM
MD
LG