Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:28

ABŞ Qazaxıstanda prezident səlahiyyətlərini artırmaq təşəbbüsünə etiraz edir


ABŞ Qazaxıstanda Prezident Nursultan Nazarbayevin səlahiyyətlərinin uzatmaq üçün referendum keçirilməsi ideyasını tənqid edib. ABŞ_ın Astandakı səfirliyinin bu gün yaydığı bəyanatda deyilir ki, Konstitusiyada əks edilən prezident seçkisini əvəz edəcək referendumun keçirilməsi Qazaxıstanda demorkatiya sahəsində böyük geriləmə olardı. Və ABŞ hökuməti hesab edir ki, Qazaxıstan məmurları və vətəndaşlarının götürdükləri beynəlxalq öhdəlikıərə sadiq qalmaları çox vacibdir.

Qazaxıstanda ötən il irəli sürülən təşəbbüsə görə, 2012-ci ildə prezident seçkiləri keçirməyin əvəzinə, təcili referendum keçirib Nursultan Nazarbayevin səlahiyyətlərini 2020-ci ilə qədər uzatmaq təklif olunub. Bu günə kimi təşəbbüs qrupu artıq 2 milyona yaxın imza topladığını bildirir.
XS
SM
MD
LG