Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:23

İran özünün nüvə obyektlərinə səyahət təşkil edir



İran Rusiyanı, Çini, Avropa Birliyini və onların ərəb, o cümlədən inkişaf etmiş ölkələrindəki müttəfiqlərini özünün nüvə obyektlərinə baxmağa dəvət edib.

Qərb informasiya agentlikləri xəbər verir ki, İranın Beynəlxalq Atom energetikası agentliyi yanındakı təmsilçisi Əli Aşqar Soltani qurumdakı xarici ölkələrin akreditasiya olunmuş nümayəndələrinə bu dəvətlə bağlı məktub göndərib.

İran və altı güç dövləti arasında bu ay İstanbulda danışıqların növbəti raundunun keçirilməsi gözlənir.

Qərb dövlətləri İranı nüv' silahı əldə etməyə çalışmaqda ittiham edir, rəsmi Tehran isə bu ittihamları rədd edir.
XS
SM
MD
LG