Ötən ilin noyabrında seçkiləri uduzan Arnold Schwarzenegger ABŞ-ın California ştatının qubernatoru vəzifəsini tərk edir. O, bu vəzifədə düz 7 il idi ki, xidmət edirdi. Bununla belə, Schwarzenegger qubernatordan daha çox məşhur filmlərin qəhrəmanları kimi yadda qalacaq.
Səbəbi də odur ki, Avstriyada doğulan Arnold Schwarzeneggerin California ştatında cəmi 23 faiz reytinqi olub. Ancaq o vəzifəsinə başlayanda heç də belə deyildi.
Schwarzenegger 2003-cü ildə keçirilmiş qubernator seçkilərində demokratlardan olan rəqibi Gray Davisi ağır məğlubiyyətə uğratmışdı. Onun xalq arasında böyük rəğbəti vardı. İnaqurasiya mərasimində resbublikaçı Schwarzenegger söz vermişdi ki, Californiyadan olan konqresmenlərlə əməkdaşlıq edəcək. Bunu deyərkən o, John Kennedy-yə də istinad etmişdi:
«MƏN İLLİZÜYASIZ İDEALİSTƏM»
«Mən bilirəm ki, bəziləriniz belə düşünürsünüz ki, mən bəzi məsələlərin həllində konqresmenlərlə heç vaxt razılaşmayacağam. Lakin mən həyatımda görmüşəm ki, insanlar çox vaxt əlamətdar problemləri əlamətdar yolla da hələ etməyi bacarırlar. Prezident Kennedy-nin sözləri ilə desək, «mən illizüyasız idealistəm».
Arnold Schwarzenegger qubernator vəzifəsinə gələrkən andiçmə mərasimində bildirmişdi ki, əsas diqqətini büdcə məsələlərinə yönəldəcək. Bu da iqtisadiyyatı Rusiya, Braziliya və ya Kanada kimi ölkələrin iqtisadiyyatından böyük olan bir ştat üçün çox mühüm bir məsələdir. Lakin indi o hakimiyyətdən gedəndə Californianın dövlət büdcəsində 28 milyard dollar büdcə kəsiri var.
BÜDCƏ İSLAHATLARINI HƏYATA KEÇİRƏ BİLMƏDİ
Schwarzeneggerin hakimiyyəti dövründə həm resbublikaçıların, həm də demokratların onun rəhbərliyindən narazılığı artırdı. Onlar belə düşünürdülər ki, ştat üçün çox vacib olan büdcə islahatlarını Arnold Schwarzenegger hətta reytinqinin yüksək vaxtında belə həyata keçirə bilmədi.
Bununla belə, Schwarzeneggerin bəzi uğurları da oldu. Xüsusilə ətraf mühit məsələlərində. Məsələn, o, istixana effektli qazların atmosferə buraxılmasını tənzimləyən qanun layihəsinin qəbuluna nail oldu. Bundan başqa, Californianın bərpa olunan enerji mənbələrindən, yəni, günəş kimi enerji mənbələrindən istifadə etmək istiqamətində mühüm irəliləyişlər əldə etdi. Nəhayət, keçən ilin payızında Schwarzenegger üstündə az miqdarda marixuana aşkarlanan şəxslərə verilən cəzaların azaldılmasını nəzərdə tutan qanun layihəsini imzalamaqla özünə çoxli tərəfdar qazandı.
Onun nüfuzu xalq arasında aşağı olsa da, bir çox məsələlərin beynəlxalq aləmdə təbliği üçün öz xarizmasından, məşhur aktyor nüfuzundan istifadə edirdi. Məsələn, 2009-cu ildə Kopenhagendə keçirilən BMT-nin iqlim dəyişikliyi konfransında çıxış edib. Bundan başqa, Rusiya prezidenti Dmitri Medvedevin modernləşdirmə səylərinə dəstək olaraq Rusiyanın Slikon Vahəsi layihəsinin qurulacağı yerə baş çəkib, orada çıxış etmişdi:
«Mən bilirəm ki, kaliforniyalılarla birlikdə Rusiya texnologiyası həqiqətən böyük möcüzə yarada bilər».
CALİFORNİA İLK DƏFƏ DEYİLDİ Kİ, ŞOU-BİZNESDƏN OLAN QUBERNATOR GÖRÜRDÜ
California ilk dəfə deyildi ki, şou-biznesdən olan qubernator görürdü. Schwarzeneggerin yerinə gələn Jerry Brown da bir çox məşhur qadınlarla, o cümlədən tanınmış müğənni Linda Ronstadtla görüşürmüş. Jerry Brown həm də 70-80-ci illərdə qubernator olub. Bundan başqa, Ronald Reagan da 1967-ci ildə California ştatının qubernatoru olanda məşhur aktyor olub. Qubernatorluq vəzifəsi sonradan onun prezidentliyə namizəd olmasında tramplin rolunu oynamışdı.
Arnold Schwarzenegger isə nə vaxtsa prezidentliyə namizəd olmaq niyyətini gizlətməyib. Lakin ABŞ-ın hazırkı Konstitusiyasının tələblərinə görə, sonradan Amerika vətəndaşlığı alımış şəxslər president vəzifəsini tuta bilməzlər. Hazırkı vəziyyətdə Konstitusiyanın həmin maddəsinə hər hansı dəyişiklik olması da gözlənilmir.
NƏ İLƏ MƏŞĞUL OLACAQ?
Bəs, 63 yaşlı Arnold Schwarzenegger bundan sonra nə il məşğul olacaq? O, bu yaxınlarda «Los Angeles Times» qəzetinə verdiyi müsahibəsində bildirib ki, hər işlə məşğul ola bilər. Kitab yazmaqdan tutmuş səhiyyə və ətraf mühit qanunlarının qəbulunda lobbiçiliklə bağlı müxtəlif işlərə qədər.
O yenidən Hollywooda qayıtmaq ehtimalının olduğunu da bildirib. Onun bu Amerika kino sənayesində «Terminator», «Conan the Barbarian», «Kindergarten Cop» filmləri kimi məşhur irsi var:
«Mən qayıdacağam» sözləri isə dünyanın ən məşhuur film ifadələrindən biridir. Bu gün bu sözlər, siyasətçi-aktyorun ifasında nə qədər aktual səslənir? Yaxın aylar bunu göstərəcək.
/Sayta hazırladı Kəbiran Dilavərli/