Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:27

Dağıstan prezidenti Allahşükür Paşazadə ilə görüşüb


Azərbaycanda səfərdə olan Dağıstan prezidenti Maqomedsalam Maqomedov bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülilsam Allahşükür Paşazadə ilə görüşüb.

QMİ-dən verilən xəbərə görə, A.Paşazadənin iqamətgahında keçirilən görüşdə Azərbaycan ilə Dağıstan xalqları arasındakı tarixi-mədəni əlaqələr, bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Maqamedov görüşü yüksək dəyərləndirib.

Dağıstan prezidentini Azərbaycana səfərdə RF Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Unaxanov, Dərbənd icra hakimiyyətinin başçısı Qurban Qurbanov, RF-nin Azərbaycanda səfiri Vladimir Daroxin, Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maqomed Kurbanov müşaiyət ediblər.
XS
SM
MD
LG