İNDİ SAKİTLİKDİR
“Rusiyada yanvarın 1-dən qüvvəyə minən qərar hələ ki bu ölkədə yaşayan azərbaycanlılara problem yaratmayıb”.
Rusiya Nazirlər Kabinetinin əməkçi miqrantlarla bağlı yeni qərarına münasibət bildirən Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev belə deyir:
“Yanvarın 10-na qədər Rusiyada iş günü olmadığından, yəqin ki, vəziyyətin necə olması ilə bağlı istirahət günlərindən sonra nə isə demək olar. İndi sakitlikdir”.
E.Quliyev deyir ki, Rusiyadakı azərbaycanlılar qanuna uyğun yaşayıb, işlədiklərindən bu qərar onlara elə də ciddi problem yaratmayacaq.
Amma Moskvadakı azərbaycanlı jurnalist Tünzalə Vəliqızı yeni qərarın artıq bu ölkədə yaşayan azərbaycanlılara öz təsirini göstərdiyini deyir. Onun sözlərinə görə, əksəriyyəti azərbaycanlılara məxsus olan küçə ticarəti tamamilə yığışdırılıb.
AZƏRBAYCANLILAR GERİYƏ DÖNƏCƏKLƏR?
T.Vəliqızı iş yerini itirən azərbaycanlıların indi harda özlərinə iş tapacağının sual altında olduğunu bildirir. Jurnalist deyir ki, obyektləri yığışdırılanların iri satış mərkəzlərində özlərinə ticarət köşkləri götürməsi inandırıcı görünmür.
Tünzalə Vəliqızı indiyə qədər küçə ticarəti ilə məşğul olan və Rusiyada müvəqqəti qeydiyyata düşən azərbaycanlılara yenidən iş icazəsinin veriləcəyinin də şübhə doğurduğunu deyir:
“İndi həmin azərbaycanlılar nə edəcəklər, geriyə - Azərbaycanamı dönəcəklər, mən bilmirəm”.
2011-ci il yanvarın 1-dən Rusiyada əməkçi miqrantlarla bağlı bu ölkənin Nazirlər Kabinetinin yeni qərarı qüvvəyə minir. Qərara görə, əcnəbi miqrantlar açıq məkanlarda, küçə və bazarlarda ticarətlə məşğul ola bilməzlər.
Hazırda Rusiyada 2 milyona yaxın azərbaycanlının olduğu bildirilir.