Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 20:19

Azərbaycan əsgəri minaya düşərək həlak olub

Azərbaycan əsgəri minaya düşərək həlak olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 28-də saat 18.00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında baş verib.

Nəticədə 1991-ci il təvəllüdlü əsgər Sahil Yunisov həlak olub, 1992-ci il təvəllüdlü əsgər Amid Seyfullayev isə yaralanıb.

Sahil Yunisov 2009-cu ilin oktyabrında Qusar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı.
This item is part of
XS
SM
MD
LG