Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:36

AB-i deputatın Dağlıq Qarabağa səfərindən xəbərsiz olduğunu deyir


Avropa Birliyi Avropa parlamentinin deputatı Tomaş Porebanın Dağıq Qarabağa səfəri ilə bağlı Azərbaycan XİN-in notasına cavab verib.

APA-nın məlumatına görə, cavabda bildirilir ki, qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Avropa Parlamentinin üzvü Tomaş Porebanın səfəri və onun məqsədindən xəbərsiz olub: “Avropa Parlamenti müstəqil orqandır. Avropa Birliyinin institutları hakimiyyətin bölünməsi prinsipinə əsaslanır. Ali nümayəndə Ketrin Eşton Avropa Parlamenti və onun üzvləri üzərində hər hansı hakimiyyətə malik deyil”-deyə cavabda bildirlir.

Xatırladaq ki, Avropa parlamentinin deputatı Tomaş Porebanın işğal altında olan Azərbaycan ərazilərinə səfər edərək orda bir sıra görüşlər keçirməsi Azərbaycanın narazılığına səbəb olmuşdu.

Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və Polşa səfiri Mixal Labendaya bununla bağlı etiraz notası
göndərmişdi.
XS
SM
MD
LG