Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:27

Neft Fondunun yaradılmasından 11 il keçir


29 dekabr Dövlət Neft Fondunun yaradılmasından 11 il keçir.
Fond 1999-cu il dekabrın 29-da Heydər Əliyevin imzaladığı fərmanı ilə təsis edilib.
Neft Fondunun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması, gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi, gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanması və səmərəli idarə edilməsi məqsədi ilə yaradılıb.
2001-2010-cu illərdə fondun vəsaiti hesabına bir sıra mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi təmin edilib.
İndiyə qədər DNF tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihələrinin maliyyələşdirilməsi həyata keçirilib.
Dekabrın 28-də açılışı olan Oğuz-Qəbələ-Bakı su kəməri də Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilib.
İndi Fondun vəsaitləri 28 milyard dollara yaxındır.
XS
SM
MD
LG