Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:44

Müxalifət İctimai Palata təsis edib


Dekabrın 28-də Müsavat Partiyasının qərargahında Azərbaycan müxalifətinin üçüncü forumunda İctimai Palata təsis edilib. İctimai Palatanın yaradılması barədə bəyannaməni Müsavat, Milli İstiqlal, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Xalq və başqa partiyalar imzalayıblar.

Bəyannaməni dəstəkləyən müxalifət partiyaları vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirakı haqda konstitusion hüquqlarını təmin etmək, bu işə ən geniş kütlələri cəlb etmək, bunun üçün seçki islahatına nail olmağı bəyan edir.

İctimai Palatanın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaqdır.

İctimai Palatanın ali orqanı Koordinasiya Şurasıdır.

Koordinasiya Şurasına 9 nəfər üzv seçilib. Koordinasiya Şurasının üzvlərinin bir qismi partiya nümayəndələrindən, bir qismi isə QHT nümayəndələrindən seçilib.
XS
SM
MD
LG