Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:19

Bəzi uçuşlar bərpa olunub



Moskvanın “Şeremetyevo” hava limanından Bakıya uçuşlar bərpa olunub. Eyni zamanda “Domodedovo” aeroportundan reyslər təxirə salınır. Bakı hava limanından verilən məlumata görə, Moskvada əlverişsiz hava şəraiti Bakıdan Rusiyanın paytaxtına təyyarələrin uçuşunun yubanmasına səbəb olub.

AZAL QSC-nin xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, dekabrın 27-də saat saat 20.30-da “Domodedovo”ya uçmalı olan təyyarə bu gün səhər saat 10.40-da uçub. Bu gün saat 10.40-a nəzərdə tutulan reys isə saat 17.00-a keçirilib.
XS
SM
MD
LG