Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:38

20 yanvar faciəsi qurbanlarının xatirəsi yad ediləcək



Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

AzərTAC məlumat verir ki, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, tamaşa, sənədli və bədii filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub.

20 Yanvar hadisələri zamanı həlak olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək.

Yanvarın 20-də saat 12.00-da ölkə ərazisində 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.
Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.


Azərbaycan Təhsil Nazirliyi paytaxtdan kənar ali təhsil müəssisələrinə qəbul ballarının Bakıdakı ali məktəblərlə müqayisədə aşağı salınması təklifi ilə çıxış edib.
XS
SM
MD
LG