Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

İran casusluq ittihamı ilə iki nəfəri edam edib



İrandan verilən məlumata görə, İsrail təhlükəsizlik orqanlarına casusluq etməkdə suçlanan şəxs asılıb.

İranın rəsmi xəbər agentliyi Tehran prokuroruna istinadla xəbər verir ki, Əli Əkbər Siadat Tehranın Evin həbsxanasında edam edilib.

Məlumatda deyilir ki, o, altı il ərzində “MOSSAD”a casusluq edib və İsrail təhlükəsizlik orqanlarına gizli məlumatları ötürmək üçün 60 min dollar alıb.

Bu məlumatlar İran hərbi bazaları və İran İnqilabının Mühafizəçilərinə məxsus raketlər haqqında olub.

Xəbər agentliyinin məlumatında deyilir ki, Siadat iki il əvvəl, arvadı ilə İranı tərk etmək istəyərkən həbs edilmişdi.


İran informasiya agentliyi onu da bildirir ki, digər şəxs Əli Saremi də Mucahid Xalq Təşkilatı ilə əməkdaşlıq etdiyi üçün asılıb.
XS
SM
MD
LG