Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

Zabitlərə hökm oxunub



Dekabrın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş vermiş qanlı olayla bağlı məhkəmə araşdırması başa çatıb və təqsirləndirilənlərə hökm oxunub.

Həmin insident zamanı zabitlər - divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Quliyev qətlə yetirilib.

Mayor Vaqif Babayev və müddətdən artıq hərbi xidmətdə olan Samir Abbasov isə yaralanıb. Hadisəni törətmiş əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov ölüb.

Bu iş üzrə hərbi hissənin zabitləri Vələd Qurbanov, Vazeh Babayev, Fuad Mütəllimov, Rüstəm Əhmədov və Əli İmanov cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin hökmü ilə Vələd Qurbanov 12 il, Vazeh Babayev 9 il, Fuad Mütəllimov 4 il, Rüstəm Əhmədov 12 il, Əli İmanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər.
XS
SM
MD
LG