Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:16

İki yük qatarı qatarı toqquşub


Dekabrın 27-si saat 4 radələrində Mingəçevir-Goranboy yolunun 227-ci kilometrliyində hərəkət edən yük qatarı qarşıda dayanan digər yük qatarı ilə toqquşub.

Xəbəri AzadlıqRadiosuna “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov verib.

Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində 4 vaqonun müxtəlif təkər cütləri relsdən çıxıb.

Nadir Əzməmmədov bildirib ki, qəzanın nəticələri aradan qaldırılıb. Bakı-Tbilisi, Bakı-Ağstafa sərnişin qatarlarının təyinatı üzrə yola salınsa da Tbilisi-Bakı sərnişin qatarının hərəkətində gecikmə yaranıb.
XS
SM
MD
LG