Bakının əksər ticarət şəbəkələrindəki bildirçin yumurtaları satışdan çıxarılıb.
Bu barədə dekabrın 27-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb.
Komitənin məlumatında deyilir ki, şikayət əsasında aparılan araşdırma zamanı paytaxtda mənşəyi bilinməyən, normativ sənədi olmayan bildirçin yumurtasının satıldığı üzə çıxıb.
Bildirçin yumurtasını qablaşdıran müəssisənin Bakının Mehdiabad qəsəbəsində yerləşdiyi aşkar edilib.
Komitə hazırda həmin müəssisədə yoxlamaların davam etdirildiyini bildirir.