Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:19
Müsavat Partiyası Məclisinin dekabrın 26-da keçirilən iclasında keçmiş deputat Arzu Səmədbəyli məclisin sədri seçilib. O, bu posta yeganə namizəd olub. Bu barədə AzadliqRadiosuna Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu məlumat verib. Onun sözlərinə görə, iclasda həmçinin Məclis və Divan üzvlüyünə də seçkilər keçirilib:

“İkram İsrafil, Tofiq Yaqublu və Tural Abbaslı Müsavat Partiyası Divanına üzv seçiliblər. Bu seçkilərdə Müsavat Məclisində boş qalan 26 yerin 9-nun sahibi də müəyyənləşib”.

Müsavat Partiyası Məclisinin keçmiş sədri Sülhəddin Əkbər bu yaxınlarda həmin postdan və partiya üzvlüyündən istefa verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG